"SOCAR-ın rəhbəri Mikayıl Cabbarov Tarif Şurasının rəhbəri Mikayıl Cabbarova qiymət artımı üçün müraciət edib?"

"SOCAR-ın rəhbəri Mikayıl Cabbarov Tarif Şurasının rəhbəri Mikayıl Cabbarova qiymət artımı üçün müraciət edib?" 

"Azərbaycanda 1994-cü ildə imzalanmış “Azəri-Günəşli-Çıraq” yatağı ilə bağlı neft sazişinə görə, həmin platformalarda əldə edilən səmt qazı ölkəmizə pulsuz verilir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz "Facebook" səhifəsində yazıb.

Bildirib ki, platformada iş başlayandan 2020-ci ilə qədər, təqribən, 40-45 mlrd. m3 təbii qaz ölkəmizə, SOCAR-a pulsuz verilib:

"2021-ci ilin ilk rübundə, yəni, yanvar-mart aylarında ABƏŞ (BP-nin operatoru olduğu əməliyyat şirkəti) SOCAR-a 1 mlrd. m3 səmt qazını pulsuz verib. Ölkə əhalisinin təbii qazdan istifadəsi, ilə, təqribən, 4,5 mlrd. m3-dir (istehlakın 48%-ə yaxını Bakı və Abşeronun payına düşür), hər il ABƏŞ, ortalama 2,5-3 mlrd. m3 qazı SOCAR-a pulsuz verir, şirkət səmt qazının ancaq daşınması üçün cüzi xərc çəkir.

Deməli, ABƏŞ bu il SOCAR-a 1 mlrd. m3 pulsuz qaz verib, SOCAR isə utanıb qiyməti aşağı salmaqdansa, əhali üçün qiyməti qaldırır. Hökumət 2020-ci ilin avqustunda İnvestisiya Holdinqi yaradanda elan etmişdi ki, dövlət şirkətlərinin idarəetməsini optimallaşdıracaq, izafi xərcləri azaldacaq, effektivliyini artıracaq – amma 1 ildə heç nə etmədilər, bir tək Müşahidə Şurası yaratdılar ki, onlar da nə işlə məşğul olduğunu heç özləri də bilmir: Əgər SOCAR-ı Müşahidə Şurası idarə edirsə Rövnəq müəllim və dost-qohumları nə işlə məşğuldular?! Yox əgər SOCAR-ı hələ də Rövnəq müəllimgil idarə edirsə, bu Müşahidə Şurası nəyə lazımdır?!

Daha bir detal: Formal olaraq Mikayıl Cabbarov Tarif Şurasının rəhbəridir, amma SOCAR Müşahidə Şurasına da rəhbərlik edir. Mənə maraqlıdır, dünən qəbul olunan qərarın mexanizmi necə olub?! SOCAR-a de-jure rəhbərlik edən Mikayıl müəllim özü-özünə, yəni TŞ-ı rəhbəri Mikayıl müəllimə müraciət edib?! Görəsən SOCAR-ın de-jure rəhbəri Mikayıl müəllimin müraciətinə, TŞ-nın de-facto rəhbəri Mikayıl müəllim necə reaksiya verib?! Aydındır ki, ölkədə qiymət artımı ilə qərarları bir nəfər – prezident Əliyev verir, amma prosedur qaydaları insanı kədərli şəkildə gülümsədir..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi