“Şoyqunu nazir postunda bu general əvəzləyə bilər...”

“Şoyqunu nazir postunda bu general əvəzləyə bilər...” - Rusiyalı məşhur teleaparıcı

"Rusiya müdafiə naziri Sergey Şoyqunun postunu hazırda Milli Qvardiyanın komandanı olan Viktor Zolotov tuta bilər. Zolotovun Rusiyanın yeni müdafiə naziri olması ehtimalı mövcuddur".

Azpolitika.info xəbər verir ki, bunu rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov deyib. Onun sözlərinə görə, Zolotov müdafiə naziri kimi Ukraynaya problem yaratmayacaq, çünki onun yüksək səviyyəli intellekti yoxdur: “Ola bilər ki, Zolotov Şoyqunun yerinə müdafiə naziri olsun. Bu mümkündür. Amma buna görə narahat olmağa dəyməz. Çünki cəbhədə Ukraynaya problemləri IQ səviyyəsi yüksək olan nazir yarada bilər. Zolotovun IQ səviyyəsi isə aşağıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi