Söz yox,Tariyel Pənahov ölkəmizin üzümçülük və şərabçılıq sənayesində inkişafına töhfələr verib,lakin...
Sosial şəbəkədə ölkə saytlarının yayımladığı məqalədən birində Tariyel Məhəmməd oğlu Pənahov Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru olaraq qeyd olunub.Onun Azərbaycan Üzümçülük və Şərabçılıq sənayesindəki naliyyətləri, bu sahənin inkişafına yönəlik mühüm araşdırmalar və innovativ layihələr həyata keçirdiyi vurğulanıb.
Faktinfo.az xəbər verir ki,məqalənin yayımlanma tarixinə nəzər yetirdikdə 2024-cü il dekabr ayının 4-ü tarixinə təsadüf etdiyi məlum olur.
Söz yox,Tariyel Pənahov Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru olaraq ölkəmizin üzümçülük və şərabçılıq sahəsindəki inkişafına böyük töhfələr verib.Onun barəsində bu günün özündə də fecbook tərəfindən beynəlxalq dərəcəli dequstasiyalardan,Tariyel Pənahovun dequstator-hakim kimi fəaliyyətinə həsr olunmuş tədbirlərdən fotoşəkillər paylaşılır.
Lakin qeyd etməliyik ki,Tariyel Pənahov 5 ildən biraz çox müddətdir ki,Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.Yəni onun rəhbərliyi dövrünə təsadüf edən,müddətdə Azərbaycan şərablarının bazar payındakı müsbət saldo,o cümlədən üzümçülük və şərabçılıq sənayesinin inkişafındakı tərəqqi keçmişdə qalıb. Bu barədə statistik rəqəmlər də çox söz deyir.
Həmçinin,onun direktor olduğu zamanlarda Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun əldə etdiyi elmi-tədqiqat işləri, Azərbaycan şərabçılarının imkanlarını genişləndirməsinə şərait yaradıb.
Qaldı,Taryel Pənahovdan sonrakı son 5 ilə,araşdırılsa bəlli olar ki,Azərbaycan şərabları bazar payını hətta Moldovaya uduzub.Azərbaycan şərablarını nümayiş etdirmək üçün beynəlxalq dərəcəli bir dequstasiya keçirilməyib.Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun indiki vəziyyətinə gəlincə,oraya da aidiyyatı olmayan şəxs direktor təyin edilib.
Texnika elmləri doktoru,professor,Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü,beynəlxalq dərəcəli dequstator-hakim Tariyel Məhəmməd oğlu Pənahov isə,hazırda Kənd Təsərrüfatı Nazirliyində otaqlardan birinə "həbs" edilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın