"Sözdür də, deyirlər..."

"Sözdür də, deyirlər..." - Vitse-spikerdən Qarabağda rus dili təxribatına REAKSİYA

Rus dilinin Dağliq Qarabağda rəsmi dil olacağı ilə bağlı açıqlama Azərbaycanda etirazla qarşılanıb.

Söhbət Dağlıq Qarabağda separatçı qurumun rəhbəri lideri Araik Arutunyanın açıqlamasından gedir. O bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanıb.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu barədə bildirib ki, separatçılar uduzmuş tərəfdir. "Qarabağ problemi artıq Ermənistan insanlarını da bezdirib. Ermənistandan kütləvi surətdə axın baş verir, aclıq, səfalət baş alıb gedir", - deyə vitse-spiker əlavə edib.


F. İbrahimli daha sonra bildirib: "Rus dilinin Dağlıq Qarabağda rəsmi dil ola bilməsi məsələsinə gəlincə, sözdür də deyirlər. Onlar çox şey deyə bilərlər. Dağlıq Qarabağın status məsələsi birmənalı şəkildə gündəmdə deyil. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, status olmayacaq. Status yoxdursa, onların dediklərinin hamısı ancaq söz, özfəaliyyət ola bilər"./Turan.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi