Su-34 Rusiyada binaya çırpıldı: Putindən göstəriş -

Su-34 Rusiyada binaya çırpıldı: Putindən göstəriş - Video

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının həyətinə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, bina birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanıb. Yanğın binanın 15 mənzilini əhatə edib.

Qeyd olunub ki, Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb. Həlak olan və yaralananlar barədə məlumat verilməyib.

***

Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Faktla bağlı artıq cinayət işi açılıb.

Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib.

Pilotun katapult edərək xilas olduğu qeyd olunub.

***

Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər ölüb, 15-i isə yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi