Şuşadakı beynəlxalq turnirin qalibi bəlli oldu

Şuşadakı beynəlxalq turnirin qalibi bəlli oldu 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.

Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.

Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir.

Veloturda 8 ölkədən 13 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.

***

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.

İkinci yeri Özbəkistan, üçüncü yeri Monqolustan təmsilçisi tutub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi