Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb

Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb - FOTO

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Düşənbədə, Tacikistan Milli Kitabxanasında Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Faktinfo.az xəbər verir ki,sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət, kitabxana arxivlərinin zənginləşdirilməsi məqsədilə nadir kitabların və Azərbaycan klassiklərinə məxsus əlyazmaların tədqiqi, onların rəqəmsal surətlərinin Azərbaycana gətirilməsi, kitab sərgilərinin təşkili, beynəlxalq kitab mübadiləsinin inkişafı və kitabxana elminin bütün sahələrində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, treninq kursları, seminarlar, elmi konfranslar və simpoziumların keçirilməsi həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

 



Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıbTacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıbTacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi