Tahir Salahov harada dəfn olunacaq?

Tahir Salahov harada dəfn olunacaq? 

Azərbaycanın görkəmli rəssamı Tahir Salahov 92 yaşında dünyasını dəyişib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onun I Fəxri Xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub.

T.Salahov Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir./Kult.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi