Tanınmış diktor:

Tanınmış diktor: “Əli Həsənovun tapşırığı ilə AzTV-də mənə şər atdılar” — VİDEO

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin sədri Rövşən Məmmədov haqqında narazılıq edənlərin sayı getdikcə artır.

Bu dəfə AzTV-nin əfsanəvi aparıcısı, tanınmış siması, əməkdar artist, diktor-jurnalist Gülşən Əkbərova işlədiyi müddətdə Rövşən Məmmədovun ona qarşı etdiyi haqsızlıqla bağlı Prezident İlham Əliyevə və Vitse- prezident Mehriban Əliyevaya videomüraciət edib.

 
O, videomüraciətində Rövşən Məmmədov tərəfindən ona qarşı böhtan və şər atıldığını bildirirək vurğulayıb ki, sədr bunu o zamankı Prezidentin sabiq köməkçisi Əli Həsənovun tapşırığı ilə edildiyini çatdırıb.

 

“2019-cu ilin fevralın 28-də AzTV-nin kadrlar şöbəsinin müdiri Mənsur Bayramov məni yanına çağıraraq bildirdi ki, AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədovun göstərişi ilə sabah, yəni martın 1-dən mənimlə növbəti əmək müqaviləsi imzalanmayacaq. Heç bir səbəb göstərilmədən, əlimə heç bir bildiriş verilmədən, ya da əmək kitabçam mənə təqdim olunmadan elə həmin gün əşyalarımı toplayıb tərk eləmək mənə tövsiyə olundu. Düzü bu, artıq qanun pozuntusu idi. Çünki mənə işdən çıxarılmağımla bağlı bir ay qabaqcadan xəbərdarlıq edilməli idi. Səhəri gün martın 1-də AzTV-nin giriş qapısında polisə verilmiş vərəqdə adım və soyadım qeyd olunmaqla mənim AzTV-yə girişimə qadağa qoyulmuşdu. 

Bu, ikrah doğuran və insanlıq çərçivəsinə sığmayan bir hərəkət idi. AzTV-nin gözəl ənənlərindən biri də o idi ki, yaşa dolmuş, təqaüd yaşı çatmış insanlara, eləcə də xəstəliyi ilə bağlı işdən uzaqlaşmalı olan əməkdaşlara həmişə hörmətlə yanaşırdılar. Bunun üçün ümumi yığıncaq çağrılırdı, bütün əməkdaşlar ora toplanırdı və bu insanın xidmətləri orda qeyd olunurdu, güllə, çiçəklə, hədiyyələrlə, hətta maliyyə yardımı ilə bu insan hörmətlə evə yola salınırdı. Mənə qarşı edilən bu hörmətsizlik və həyatımı və gəncliyimi həsr elədiyim doğma televiziyamda qapıların beləcə üzümə beləcə ədəbsizliklə, sayqısızlıqla üzümə çırpılması məni çox mütəəssir etdi”.

 
Əfsanəvi diktor bu və digər haqsızlıqlarla bağlı dəfələrlə ölkə rəhbəliyinə müraciət etsə də, Əli Həsənov həmin müraciətləri gizlətmiş və ünvanına çatmağa qoymamışdır.

 
AzTV-nin sədri Rövşən Məmmədovun Gülşən Əkbərova etdiyi böhtan və şər isə davam etdi./pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər