
"Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur" - Paşinyan
Sülh sazişinin hazırlanması və imzalanması, nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının başlanğıcıdır.
Report.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib.
"Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimizin arasında və regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq, çünki bu, sülh içində yaşayan bir region və daha ədalətli bir dünya deməkdir.
Trampın Sülh və Rifah Marşrutunun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər şəkildə çalışacağıq”, - Ermənistanın Baş naziri vurğulayıb.
"Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, - deyə Paşinyan əlavə edib.
Bu xəbər üçün şərh yazın