TƏHSİL NAZİRLİYİNİN “MİQ İMTAHANI” FİASKOSU... –

TƏHSİL NAZİRLİYİNİN “MİQ İMTAHANI” FİASKOSU... – Vakant yerlər əvvəlcədən satılıb?

Builki Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları haqda çox deyildi, çox yazıldı.

İmtahanda iştirakçı müəllimlər arasında bərabərliyin təmin edilməməsi, sualların aid olduğu fənnin mahiyyətinə uyğun gəlməməsi və onun məğzinə aid olan mənanı əks etdirməməsi, bir çox hallarda isə ölkənin təhsil sistemində tədris edilən fənnlərin bazasında olmayan, sistemdən kənar mənbələrdən götürülən sualların salınması haqda narazılıq pik həddə idi. Gözlənilirdi ki, yenidən keçirilən imtahanlarda nələrsə dəyişəcək. Amma...

...
Dəyişən bir şey olmadı, əksinə təxminən eyni səpgili suallar təkrar imtahanlara da salındı. Görünür, cavabdeh rəsmilər vəziyyətin ədalətli zəruriliyinin fərqində deyillər. Sosial şəbəkələrdə əks olunan müraciətlərdən belə mənzərə yaranır ki, nəinki neqativ hallar aradan qaldırıldı, hətta müdavimlər arasında vakant yerlər uğrunda ədalətsizliyə yol açan qaydaları təkmilləşdirmək yerinə, mövcud problemlər daha da dərinləşdirildi.

Narazılıq dalğası əsasən ana dili-ədəbiyyat fənnindən imtahan verən müdavimləri əhatə etdi. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən aydın olur ki, təkrar keçirilən MİQ imtahanından sonra “qəribə” hal yaşanıb. Belə ki, imtahandan sonra vakant yer seçimini reallaşdırmaq istəyən müəllimlər 50-dən yüksək bal toplayan 200 nəfərdən çox müdavimin “peyda olduğunu” aşkarlayıblar. Bu yüksək ballar əsasən 58-59 arasında olub.

Qeyd edək ki, əvvəllər ümumiyyətlə MİQ imtahanlarında 55-dən yüksək bal toplayanlar bunu paylaşırdılar, hətta onların fotoşəkli də çəkilirdi. Amma bu son imtahanda belə hallar yaşanmadı. Belə mənzərə yaranır ki, filologiya müdavimləri arasında 55-dən yüksək bal toplayanlar olmayıb. Amma necə olursa vakant yerlərə müraciət əsnasında Bakı şəhəri üzrə yüksək - 55 bal toplayanlar peyda olub və vakant yerləri də bu “seçilmişlər” əldə edib.

Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi