Yay fəsilində temperaturun aşağı olması əkinlərdə, plantasiyalarda zərərvericilərin yayılma arealının genişlənməsinə,artmasına səbəb olur

Yay fəsilində temperaturun aşağı olması əkinlərdə, plantasiyalarda zərərvericilərin yayılma arealının genişlənməsinə,artmasına səbəb olur -Professor

"Doğrudan da qlobal iqlim dəyişkənliyi şəraitində yaşayır və işləyirik.İyun ayı mülayim, yağmurlu keçdi, həmin hava şəraiti iyul ayının birinci dekadasında da davam edir."

Faktinfo.az xəbər verir ki,bunu AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. 

Professor onu da  əlavə edib ki,yay fəsilində temperaturun aşağı olması nəticəsində əkinlərdə,plantasiyalarda olan bəzi bitkilər biotik və abiotik stress amillərinin təsiri altında stressə düşür, patomorfoloji, patofizioloji və patobiokimyəvi dəyişkənliklərə uğrayırlar, bu isə müxtəlif patogenlərin, eləcə də sorucu və gəmirici ağız aparatına malik zərərvericilərin yayılma arealının genişlənməsinə, zərərverən orqanizmlərin inkişaf dinamikasının sürətlənməsinə və beləliklə də zərərin artması stimullaşır:

"Bütün qeyd edilən məsələləri yerində izləmək və fermerə dəstək baxımından əməkdaşlarımızın müntəzəm şəkildə yerlərdə olmaları, əkinçilərlə təmasları müsbət haldır. Ona görə də həmkarlarıma dərin təşəkkürlərimi bildirirəm,"-deyə, İbrahim Cəfərov paylaşımda qeyd edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi