“Tərtər işi” üzrə yüksək vəzifəlilər istintaqda dindirilir" –

“Tərtər işi” üzrə yüksək vəzifəlilər istintaqda dindirilir" – "Aralarında general da var..."

“Tərtər işi”adı hallanan bir generalın istintaqda dindirildiyi bildirilir.

"Azadlıq" radiosuna Baş Prokurorluqdakı mənbə bildirib.

Həmin mənbə “Tərtər işi” üzrə işgəncələrlə əlaqədar həbslərin davam edəcəyini, hətta yüksək vəzifəli şəxslərin də həbs oluna biləcəyini istisna etməyib: “Bu olaylarda adı çox hallanan yüksək vəzifəli şəxslərdən də istintaqda dindirilən var. Kifayət qədər iddialı və ittiham xarakterli ifadələr var. Zərərçəkmişlərin bir neçəsi israrlıdır ki, təqsiri olan şəxslər tam cəzalandırılsın. Bu da müəyyən qədər prosesin gedişinə təsir edir”.

2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” üzrə icraat yenilənəndən sonra araşdırmalar bu qurumun İstintaq İdarəsində aparılır. Radionun sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, istintaq davam edir: “Yeniliklər olduqca mütəmadi mediaya bu haqda məlumat verilir”.

“Tərtər işi”ndə adı ən çox hallanan yüksək vəzifəli şəxslər bu işdə prosessual nəzarəti həyata keçirmiş hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, general-mayor Hikmət Həsənovdur. Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək “əsassız” adlandırıb.

“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir…”, – deputat Zahid Oruc dekabrın 16-da parlamentin iclasında belə deyib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi