Tərtər rayon İcra Hakimiyyəti aydınlıq gətirdi:

Tərtər rayon İcra Hakimiyyəti aydınlıq gətirdi: Yayılan məlumatlar əsassızdır

Tərtər rayon İcra Hakimiyyəti bir sıra saytlarda “İcra başçısının “sağ əli” pulu götürüb aradan çıxdı” başlığı altında Tərtər Rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Fətəliyev Şahin Famil oğlunun Xoruzlu kəndində hansısa sahibkara 250 min (iki yüz əlli min) manata satılan torpağın və rayonun Vətən müharibəsində zərər çəkən bəzi ticarət obyektlərinə ayrılan vəsaitlərin bir qismini götürərək Rusiyaya qaçması barədə yayılmış xəbərlərə aydınlıq gətirib.

Faktinfo.az-a göndərilən məlumatda deyilir:

Müxtəlif saytlarda verilən həmin yazılarla bağlı bildiririk ki, rayon icra hakimiyyətinin əməkdaşı Şahin Fətəliyev 29 dekabr 2020-ci il tarixdə rayon icra hakimiyyətinə səhhəti ilə bağlı ərizə ilə müraciət edərək ona 2 ay müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. 29 dekabr 2020-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli əmri ilə Fətəliyev Şahin Famil oğluna 01 yanvar 2021-ci il tarixdən 01 mart 2021-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. Odur ki, onun haqqında müxtəlif saytlarda heç bir fakta əsaslanmayan məlumatların yayılması əsassızdır.

Əlavə olaraq onu da bildiririk ki, Vətən müharibəsi zamanı vətəndaşlara dəymiş zərər işçi qrupu tərəfindən müəyyənləşdirilir, dövlət tərəfindən verilən kompensasiyalar onların plastik kart hesablarına köçürülür, rayon icra hakimiyyəti tərəfindən işçi qrupunun işinə müdaxilə edilmir.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi