Tərtərdə daşla qovulan məktəb direktoru təhsil şöbəsinin müdiri təyin edildi —

Tərtərdə daşla qovulan məktəb direktoru təhsil şöbəsinin müdiri təyin edildi — Sakinlər icra başçısına etiraz etdilər (VİDEO)

Tərtərin Evoğlu və Sarcalı orta məktəblərinin direktoru vəzifəsindən kənd sakinləri tərəfindən daşla qovulan Yaşar Məhərrəmovun Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bir neçə ay əvvəl Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun dəstəyi ilə rayon Təhsil şöbəsinə təyin edilən Yaşar Məhərrəmov tərtərlilərin geniş etirazları ilə qarşılaşıb.

 Faktinfo.az xəbər verir ki,Demokrat.az-a ünvanlanan şikayət məktubunda bildirilib ki, tərtərlilərin böyük əksəriyyəti Müstəqim Məmmədovun bu əməlinə qarşı çıxıblar.
 

Şikayətçilərin göndərdiyi video - görüntülərdə Yaşar Məhərrəmovun doğma kəndindən qovulması əks olunub.
 

Kadrlardan da görünür ki, daha əvvəl doğma Evoğlu kəndində direktor vəzifəsində çalışan Yaşar Məhərrəmov kənd sakinləri tərəfindən kənddən qovulur. Sabiq direktorun qovulma səbəbi ilə bağlı Pravda.az-a danışan mənbə iddia edib ki, Məhərrəmov "qara" işlərinə görə məktəbin kollektivi və kənd sakinləri tərəfindən daş-qalaq olunaraq Evoğlu kəndindən qovulub.

 
Müstəqim Məmmədovla münasibətləri yaxşı olan Yaşar Məhərrəmov daha sonra Sarcalı kənd orta məktəbinə direktor təyinatı alıb. Lakin nə olubsa, Yaşar Məhərrəmov Sarcalı kəndindən də müəllim kollektivi və kənd sakinləri tərəfindən qovulub.

 
Maraqlıdır ki, iki ay əvvəl iki kənddən kollektiv və sakinlər tərəfindən qovulan direktor Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat alıb və bu təyinat yenə də icra başçısı Müstəqim Məmmədov dəstəyi ilə təyata keirilib. Buna görə isə hazırda Tərtər sakinləri həm Təhsil Nazirliyinə, həm də İcra Hakimiyyətinə etiraz etsələr də heç bir nəticə olmayıb.

 
Hazırda ölkə prezidentinin apardığı köklü kadr islahatları ilə müqayisədə Tərtərin icra başçısı Müstəqim Məmmədovun apardığı kadr siyasəti çox maraqlı və maraqlı olduğu qədər də qaranlıq görünür.(Pravda.az)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi