Tiflis Kiyevi hədələdi: Saakaşviliyə vəzifə versəniz...

Tiflis Kiyevi hədələdi: Saakaşviliyə vəzifə versəniz... 

Əgər Saakaşvili Ukrayna Baş nazirinin müavini təyin edilsə, Gürcüstan Kiyevdəki səfirini geri çağıracaq.

Bunu Gürcüstan Baş naziri Georgi Qaxariya deyib. O, belə təyinatın Tiflis üçün qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Saakaşvilinin Ukrayna Baş nazirinin reformlar üzrə müavini təyin olunacağı bildirilmişdi.

Bunun ardınca isə Gürcüstanın Ukraynadakı səfirini geri çağırdığı haqda “Mtavari Arxi” televiziyasısı məlumat yaymışdı./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi