Tixanovskaya çağırış etdi: Tətillərə davam edin

Tixanovskaya çağırış etdi: Tətillərə davam edin 

Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya yeni videomüraciət yayıb.

Sosial şəbəkə vasitəsilə yayımlanan görüntülərdə Tixanovskaya yeni prezident seçkilərinin keçirilməsinə nail olmaq məqsədilə ölkədə iri müəssisələrin işçilərini tətillər də daxil olmaqla, aksiyaları davam etdirməyə çağırıb.

“Əziz Belarus xalqı! "Belaruskaliya", MTZ, "Grodnoazot" və digər müəssisələrin işçiləri, siz yeni və azad Belarusun rəmzisiniz. Belarusun və uşaqlarımızın gələcəyi indi sizin birliyiniz və qətiyyətinizdən asılıdır.

Sizdən aksiya və tətilləri davam etdirməyi xahiş edirəm”, - deyə Tixanovskaya müracətində deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi