
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin daha bir müəllimi işinə bərpa olunacaq
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin daha bir müəlliminin qanunsuz işdən çıxardılması məhkəmə qaydasında təsdiqini tapıb.
Faktinfo.az-a göndərilən xəbərdə bildirilir ki, İbrahimov Abdulla Akif oğlu və İsayeva Aygün Müslüm qızından sonra Vəliyeva Aynurə Mirzəli qızı barəsində işə bərpa qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki,Tovuz Rayon Məhkəməsinin qərarını Gəncə Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.Lakin Vəliyeva Aynurə Mirzəli qızı barəsində məhkəmə qərarı ilə barışmayan Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəmənin Plenumuna kasasiya şikayəti verib.Yekun olaraq Ali Məhkəmənin Plenumu Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini əsaslı hesab edib.
Beləliklə daha bir müəllimin qanunsuz olaraq işdən çıxardılması hüquqi təsdiqini tapıb və Vəliyeva Aynurə Mirzəli qızının işdən qanunsuz çıxarıldığı təsdiqlənib.
Onu da xatırladaq ki,sözü gedən müəllimlər bir müddət əvvəl Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin əvvəlki direktoru Hicran Əyyubova tərəfindən işdən çıxardılıb.Hazırda Hicran Əyyubova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə müvəqqəti direktor təyin olunub.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın