"Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil" - Qalmaqal böyüyür

"Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil" - Qalmaqal böyüyür 

Əməkdar artist Nailə İslamzadə müğənni Afət Fərmanqızı ilə məhkəmə çəkişməsində olan Xalq artisti Flora Kərimovanın müdafiəsinə qalxıb.

Yenisabah.az xəbər verir ki, o, Kərimovanın paylaşımına bu məzmunda şərh yazıb:

"Flora xanıma "Sən kimsən?" deyə sual verilir. Cavabını mən verim: Flora xanım həm sənəti, həm şəxsiyyəti, həm mərdliyi və vətənpərvərliyi ilə mənəvi dünyamızı nurlandıran bir varlıqdır. Bənzərsiz, təkrarsız, əvəzolunmaz səsi ilə Allahın bizə bəxş etdiyi ilahi bir möcüzədir. Onun hər bir müğənniyə irad tutmağa haqqı var. Bu iradına "sağ ol" deyərək vaxtında nəticə çıxarmaq lazım idi, o isə təhqirlərə keçdi. Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil. Pul heç zaman sahibinə millət sevgisi qazandıra bilməz. Əziz Flora xanim, millət sizi sevir, bundan böyük mükafat olmaz" deyə, aparıcı paylaşımında qeyd edib. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər