Tramp Senatdan Rusiyaya qarşı sanksiyalara hələlik baxmamağı xahiş edib

Tramp Senatdan Rusiyaya qarşı sanksiyalara hələlik baxmamağı xahiş edib 

ABŞ Prezidenti Donald Tramp Senatdakı respublikaçı həmkarlarından Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı xahiş edib.

Report.az TASS-a istinadən xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker bildirib.

"Mən bilirəm ki, o, qanun layihəsini bu həftə müzakirəyə çıxarmamağı xahiş edib".

Sözügedən qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumentaldır. Bu təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da nəzərdə tutur.

Uikerə görə, qanun layihəsi 100 senatorun böyük əksəriyyətinin dəstəyinə malikdir və onun yuxarı palatadan keçməsinə faktiki olaraq zəmanət verir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi