
Trampdan növbəti sərəncam: Mis idxalına 50 faizlik rüsum...
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyin təminatı üçün bəzi mis məhsullarının idxalına 50 faiz rüsum tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sərəncama əsasən, rüsum avqustun 1-dən etibarən yarımfabrikat mis məhsullarına və böyük tərkibdə bu metaldan hazırlanmış mallara tətbiq ediləcək. Tariflər konsentratlar, katodlar və anodlar kimi mis qırıntıları və mis filizlərinə tətbiq edilməyəcək.
Sərəncam yerli mis sənayesininin dəstəklənməsinə hədəflənib. Bu baxımdan ABŞ-da istehsal olunan yüksəkkeyfiyyətli mis qırıntılarının 25 faizinin ölkə daxilində satılması tələb olunur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın