Türkiyə bu halda hərbi gücə baş vuracaq - Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

Türkiyə bu halda hərbi gücə baş vuracaq - Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu 

İsrailin Suriyaya son hava hücumundan sonra bölgədə gərginlik yenidən artıb.

Azpolitika.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Suriyanın etnik və məzhəb əsasında parçalanması riskinə qarşı çıxaraq, SDQ-PKK-YPG qruplarının silah buraxmaması halında hərbi variantı masada saxladığını açıq şəkildə bildirir. 

Türkiyə rəsmiləri bildirir ki, SDQ-PKK-YPG kimi qrupların Suriya hökumətinə inteqrasiyası və silah buraxması dəstəklənir. Ankara bu istiqamətdə ABŞ-nin təşəbbüsünü müsbət qarşılayır. Lakin qeyd olunur ki, bu proses nəticə verməsə, Türkiyə "gözlə və gör" siyasətini sona çatdıracaq və hərbi müdaxilə variantını həyata keçirməkdən çəkinməyəcək.

Bildirilir ki, Suriyanın etnik və dini əsaslarla dörd hissəyə bölünməsi ideyası ilk dəfə 1969-cu ildə "Yönəlimlər" dərgisində dərc edilən bir xəritədə əks olunub. Bu ssenariyə görə:

- Cənubda Dürzi dövləti,

- Qərbdə Nusayri bölgəsi,

- Şimalda SDQ-PKK-YPG-nin nəzarətində bir qurum,

- Ortada isə Ərəb Respublikası yaradılması nəzərdə tutulur.

Hazırda bu planın "qarışıqlıq yarat, hücum et, parçala" taktikası ilə həyata keçirilməyə çalışıldığı bildirilir.

Ankaranın 7 maddəlik Suriya strategiyası isə belədir:

- İsrailin parçalama planına qarşı çıxılır;

- Suriyanın ərazi bütövlüyü Türkiyə üçün qırmızı xəttdir;

- ABŞ-nin daha fəal mövqe tutması gözlənilir;

- Silah buraxma prosesi dəstəklənir;

- SDQ-PKK-YPG-nin siyasi inteqrasiyası üçün diplomatik yollar sınanır;

- ABŞ-nin bu siyasəti davam etdirməsi istənilir;

- Əgər silah buraxma təmin olunmazsa, hərbi müdaxilə həyata keçirilə bilər.

Məlumata görə, Türkiyə həm sərhəd təhlükəsizliyi, həm də bölgədə sabitlik naminə bu planı mərhələli şəkildə tətbiq etməyi nəzərdə tutur. Diplomatik səylərin nəticəsiz qalması halında isə bölgədə hərbi həll yolları məsələsinin ön plana çıxacağı bildirilir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi