Türkiyə fərqli xüsusiyyətlərə malik yeni PUA-lar istehsal edib

Türkiyə fərqli xüsusiyyətlərə malik yeni PUA-lar istehsal edib 

Türkiyə ordusunun inventarına müasir standartlara cavab verən PUA-lar daxil edilib.

“Alesta” tipli PUA-nın fərqli xüsusiyyətləri var. Məlumata görə, “Alesta”lar fırlanan qanad quruluşuna malikdir. Qanadlar dik formada şaquli olaraq enib-qalxa bilir.

Düz uçuşa keçdikdə isə qanadlar üfüqi vəziyyət alır və təyyarə formasına çevrilir.

Təyyarə kimi uçuş-enmə zolağına ehtiyacı yoxdur. Helikopter kimi də enib-qalxa bilir. Bundan başqa, düz uçuş rejiminə keçən zaman sabit qanadın yaratdığı qaldırıcı qüvvədən istifadə edərək helikopterlərdən daha uzun məsafələrə uça bilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər