"Türkiyə müdaxilə etməkdən çəkinməyəcək" - Fidandan xəbərdarlıq

"Türkiyə müdaxilə etməkdən çəkinməyəcək" - Fidandan xəbərdarlıq 

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın cənubundakı müdaxilələrini sərt şəkildə tənqid edib.

Salvadorun xarici işlər naziri Aleksandra Hill Tinoko ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışan Fidan bu addımları "bölgədə xaos yaratmaq məqsədi daşıyan siyasət" kimi qiymətləndirib. 

Fidan həmçinin bildirib ki, Suriyanın bölünməsi Türkiyə üçün birbaşa təhlükəsizlik problemidir və belə vəziyyətdə Türkiyə müdaxilə etməkdən çəkinməyəcək.

"İsrail öz bölgəsini məqsədli şəkildə zəiflədir və daimi xaos şəraitində saxlayan bir xətt izləyir" – deyə Fidan vurğulayıb./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi