Türkiyə parlamenti yanvarın 2-də Liviyaya ordu göndərilməsi ilə bağlı qanunu müzakirə edə bilər

Türkiyə parlamenti yanvarın 2-də Liviyaya ordu göndərilməsi ilə bağlı qanunu müzakirə edə bilər 

Türkiyə Böyük Millət Məclisində ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsini özündə ehtiva edən qanun layihəsi 2020-ci ilin yanvar ayının 2-də müzakirəyə çıxarıla bilər.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl parlament üzvlərinin tətildən qayıtdıqdan qısa müddət sonra, 7 və ya 8 yanvarda ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə görə, dövlət başçısının imzaladığı müvafiq qanun 30 dekabr, bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək və müzakirələr 2 yanvar, cümə axşamı günü reallaşacaq. Parlament iclaslarının yekun gündəliyi isə 30 dekabr, bazar ertəsi günü razılaşdırılacaq”, deyə agentlik məlumat yayıb./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi