"Türkiyə PUA sahəsində super güc olacaq" - TB2-dən sonra TB3 gəlir

"Türkiyə PUA sahəsində super güc olacaq" - TB2-dən sonra TB3 gəlir 

ABŞ-ın “Forbes” jurnalı Türkiyənin yaxın aylarda istifadəyə verəcəyi Bayraktar TB3-lər barədə məqalə yayımlayıb.

Məqaləyə görə, TB3-lər dünya miqyasında uğurlara imza atan əvvəlki növlərindən daha güclü olacaq. Məqalədə deyilir: “Bu, Türkiyənin PUA sahəsində super güc olmaq istəməsinin nümayişidir. Yeni PUA Suriya, Qarabağ, Liviya və Ukrayna müharibələrində uğurları ilə tanınan TB2-nin xələfi olacaq. Yeni PUA-lar F-35-lərin əvəzinə TCG Anadolu gəmisinə də yerləşdiriləcək. TCG Anadolu gəmisinə 50 PUA yerləşdirilməsi nəzərdə tutulur”.

Məqalədə Türkiyənin pilotsuz uçuş apartları sahəsində əldə etdiyi uğurlardan bəhs edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi