Türkiyə Şərqi Aralıq dənizində daha 2 Navtex elan etdi — Rəsmi Ankara müstəmləkəçi ittifaqa qarşı

Türkiyə Şərqi Aralıq dənizində daha 2 Navtex elan etdi — Rəsmi Ankara müstəmləkəçi ittifaqa qarşı 

Türkiyə Şərqi Aralıq dənizdə atış təlimlərini əhatə edən 2 yeni Navtex elan edib.

Avropa.info xəbər verir ki, Şərq Aralıq dənizdə Türkiyənin haqlarını qəsb etmək istəyən Yunanıstanla mübarizə gedir.
 

Fransa, İsrail, Misir, BƏƏ və Avropanın dəstəyini alan Yunanıstan regionda Türkiyə əleyhinə addımlar atmağa davam edir.
 

Buna cavab olaraq Şərqi Aralıq dənizinə donanma yeridən Türkiyə, atış təlimlərini əhatə edən 2 yeni Navtex elan edib.
 

Qeyd edək ki, bundan öncə, Yunanıstan və Misir Türkiyənin Liviya ilə dəniz müqaviləsinə cavab olaraq öz aralarında Şərqi Aralıq dənizdə dəniz səlahiyyəti sahələrinə dair bir müqavilə imzalamışdı. Türkiyə bu müqavilənin yox hökmündə olduğunu elan edərək sərt reaksiya göstərmişdi. Rəsmi Ankara bu müqaviləyə cavab olaraq Şərqi Aralıq dənizində  Navtex elan etmişdi. Türkiyə Navtex bölgəsinə girmək istəyən Yunanıstan və Fransa gəmilərini bölgədən qovmuşdu.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi