Türkiyədə ilk: milli reytinq agentliyinə sahib oldu

Türkiyədə ilk: milli reytinq agentliyinə sahib oldu 

Türkiyə bankları və İstanbul Birjası Yaponiyanın “JCR Avrasiya” şirkətinin səhmlərinin 85,05%-ni əldə edib.

Bu məlumatı Türkiyə Banklar Birliyi yayıb. Hazırda şirkətdə səhmlərin 18,50%-nin İstanbul Birjasına aid olduğu bildirilib. Ondan sonrakı yerdə Yaponiya kredit dərəcələndirmə qurumu olan “JCR Japan Credit Rating Agency” (14,95%) yer alıb. Şirkətin digər səhmləri Türkiyə bankları və maliyyə təşkilatları arasında bölünüb.

Bununla Türkiyə özünün ilk milli kredit reytinq agentliyini yaratmış olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi