Türkiyədən İran və İsrailə xəbərdarlıq: Müharibə səbəbi sayılacaq

Türkiyədən İran və İsrailə xəbərdarlıq: Müharibə səbəbi sayılacaq 

PKK terror təşkilatının tərksilah prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 24 saat izləniləcək.

Teleqraf.com xəbər verir ki,bu barədə təhlükəsizlik mənbələrinə istinadla "Türkiyə" qəzeti məlumat yayıb.

Mənbələrə görə, proses 4 ay ərzində yekunlaşa bilər.

Nəşr yazır ki, Türkiyə prosesi əngəlləyə biləcək amilləri də diqqətdə saxlayır:

“Mənbələr İsrail və İranın yanaşmalarının “Terrorsuz Türkiyə” prosesinə zərər verəcək səviyyəyə çatmaması üçün xəbərdarlıq edildiyini də bildirirlər. İran və İsrailin kürdləri bölgədə (Suriya) proksi qüvvəyə çevirməyə çalışdığı, amma Türkiyənin bu məsələdə qətiyyətli olduğu vurğulanıb.

“Həmsöhbətlərimizə (İran və İsraildəki) çatdırdıq ki, onlardan proksi qüvvə kimi istifadə edilərək sərhədimizə gətirilərsə, müharibə səbəbi sayılacaq”, – mənbə qəzetimizə deyib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi