Türkiyədən sonra, Rusiya da koronaya qarşı bu üsulundan istifadə etdi

Türkiyədən sonra, Rusiya da koronaya qarşı bu üsulundan istifadə etdi 

Rusiyanın N.V.Sklifosovski adına Moskva Elmi Tədqiqat Təcili Yardım İnstitutu və 52 nömrəli Moskva Klinik Xəstəxanasında koronavirusdan sağalan xəstələrin qan plazmasının virusa yoluxan xəstələrə köçürülməsinə başlanılıb.

Bunu Moskva merinin müavini Anastasiya Rakova deyib.

O bildirib ki, pandemiya ilə bağlı oxşar tədqiqatlar Çin, Almaniya və ABŞ-da da uğurla aparılır:

“Ümid edirik ki, yeni metod koronavirusla mübarizədə daha effektiv nəticələr əldə etməyimizə köməklik göstərəcək. Bir donordan alınan plazma 3 pandemiya xəstəsinə kifayət edir. Mütəxəssislər nə qədər çox plazma hazırlasa, bir o qədər insan xilas ola bilər”.

Qeyd edək ki, eyni müalicə üsulunun tətbiqinə ötən həftə Türkiyədə başlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi