Türkiyənin 10 ən varlı adamı məlum oldu

Türkiyənin 10 ən varlı adamı məlum oldu – Siyahı

"Forbes" jurnalı dünyanın ən varlı adamlarının yer aldığı "Forbes 500" siyahısını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, beləliklə, Türkiyənin 10 ən varlı adamının da adı müəyyənləşib.

Siyahıya görə, ilk yeri 5,1 milyard dollar sərvəti olan Murat Ülker tutub. Ümumilikdə, 27 milyard dollar sərvətə malik olan Türkiyənin 10 ən varlı adamı bunlardır:

1. Murat Ülker – 5.1 milyard dollar

Liderliyi əlində saxlayan Murat Ülker yenidən Türkiyənin ən varlı adamı olub. Ülker 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 534-cü yeri tutub və sərvətini 13 milyon dollar artıraraq, 5,1 milyard dollara çatdırıb.

2. Semahat Sevim Arsel - 3 milyard dollar

Türkiyənin ən varlı ailəsinin üzvü olan və ölkənin ən varlı adamları arasında 2-ci yeri tutan Semahat Sevim Arsel eyni zamanda Türkiyənin ən varlı qadınıdır. 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 982-ci yerdə olan Arsel sərvətini 57 milyon dollar artıraraq 3 milyard dollara çatdırıb.

3. İpek Kıraç - 2,9 milyard dollar

Atası ilə miras məsələlərinə görə üzləşdiyi məhkəmə prosesləri ilə gündəmə gələn və üzvü olduğu Türkiyənin ən varlı ailəsinin dəstəyini alan İpek Kıraç Türkiyənin ən varlıları arasında 3-cü yeri tutub. Kıraç siyahının ən gənc üzvlərindən olsa da, 2023-cü il üçün dünyanın ən varlı adamları siyahısında 1027-ci yerdə qərarlaşıb. O, sərvətini 54 milyon dollar artıraraq 2,9 milyard dollara çatdırıb.

4. Rahmi Koç - 2,6 milyard dollar

Türkiyənin ən varlı ailəsinin üzvü olan və ən varlı adamları arasında 4-cü yeri tutan Mustafa Rahmi Koç ailəsindəki iki qadından sonra gəlir. 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 1104-cü yerdə olan Koç sərvətini 47 milyon artıraraq, 2,6 milyard dollara çatdırıb.

5. İbrahim Erdemoğlu - 2,6 milyard dollar

Türkiyənin 5-ci ən varlı adamı İbrahim Erdemoğlu zirvədən enən ad kimi diqqəti cəlb edib. 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 1263-cü sırada olan SASA-nın sahibinin sərvəti 3 milyon dollar azaldığı üçün aktivləri 2,6 milyard dollara düşüb.

6. Erman Ilıcak - 2,4 milyard dollar

Türkiyənin 6-cı ən varlı adamı olan Erman Ilıcak 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 1307-ci olub və 2,4 milyard dollarlıq sərvətini qoruyub.   

7. Ferit Şahenk - 2,4 milyard dollar

Türkiyənin 7-ci ən varlı adamı olan Ferit Faiq Şahenk 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 1312-ci olub və sərvətini 5 milyon dollar artıraraq. 2,4 milyard dollara çatdırıb.

8. Filiz Şahenk - 2,2 milyard dollar

Türkiyənin 8-ci ən varlı adamı olan Filiz Şahenk də siyahıdakı 3 qadından biridir. 2023-cü ildə dünyanın ən varlı adamları siyahısında 1394-cü yerdə olan Şahenk sərvətini 4 milyon dollar artıraraq, 2,2 milyard dollara çatdırıb.

9. Ali Erdemoğlu - 2,2 milyard dollar

Türkiyənin 9-cu ən varlı adamı Ali Erdemoğlu siyahıdakı iki ailə üzvündən biridir. 2023-cü il siyahısında dünyanın ən varlı adamları arasında 1414-cü yerdə olan Erdemoğlunun sərvəti 4 milyon dollar azalaraq, 2,2 milyard dollara düşüb.

10. Nihat Özdemir - 2 milyard dollar

Türkiyənin 10-cu ən varlı adamı olan Nihat Özdemir 2023-cü il reytinqinə görə dünyanın ən varlı adamları arasında 1647-ci yerdə olub və 2 milyard dollarlıq sərvətini qoruyub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi