Türkiyənin bu silahı NATO standartı səviyyəsinə cavab verdi

Türkiyənin bu silahı NATO standartı səviyyəsinə cavab verdi 

Türkiyənin hərbi sənayesinin milli istehsalı olan MPT 76 avtomatı NATO-nun müəyyən etdiyi 42 standart testinin hamısını keçən ilk silah olub.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Milli müdafiə komitəsinin sədr müavini Rəfiq Özən danışıb.

“MPT 73 NATO-nun müəyyən etdiyi 42 kriteriyasına cavab verə bilən dünyada tək silahdır. Bu fəaliyyət, xüsusilə, 75%-i yerli istehsal hesabına təmin olunan müdafiə məhsulları bizim bu sahədə nə qədər uğur qazandığımızı göstərir. Keçən həftə milli hava nəqliyyatı firması YUSAŞ-a getdik. Beşinci nəsil milli döyüş təyyarəsi olacaq TF-X-in ilk uçuşunu 2026-cı ildə həyata keçirmək istəyirik”, - Özən qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi