Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu ADAU-da olub

Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu ADAU-da olub 

Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Bu barədə universitetdən məlumat verilib.

Universitetin rektor əvəzi Zəfər Qurbanov Aqrar Universitetlə Türkiyə Respublikasının ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışıb.O,bundan sonra bu münasibətlərin inkişaf edəcəyinə əminliyini ifadə edib. Sonra o,qonağa ADAU-nun maddi-texniki bazası,Tədris-təcrübə təsərrüfatı və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib.

Baş konsul bu günədək həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edib. Bildirib ki, Aqrar Universitet ilə Türkiyənin Gəncədəki Baş konsulluğunun sıx əməkdaşlıq əlaqələri bundan sonra da yüksələn xətt üzrə davam edəcək.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi