Türkiyənin silah satışında böyük sıçrayış

Türkiyənin silah satışında böyük sıçrayış 

2016-cı ildə Türkiyə hərbi-sənaye kompleksinin ticarət dövriyyəsi 6 milyard dollara çatıb.

Faktinfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, bu 2015-ci illə müqayisədə 21,6% çoxdur. Bu barədə Türkiyənin hərbi-sənaye kompleksi assosiasiyası SASAD məlumat yayıb. Keçən il Türkiyə zavodları 12 milyard dollar sifariş alıb.

SASAD-ın məlumatına görə, Türkiyə müdafiə sənayesinin gəlirləri 1,24% artaraq 1,953 milyard dollara qalxıb. Onlardan 1,768 milyardı məhsul üçün, 275 milyon dolları xidmət üçün ödənilib.

Keçən il Türkiyə ABŞ-a 585 milyon dollar dəyərində hərbi sənaye məhsulu satıb.

Türkiyənin Avropa ölkələrinə ixrac etdiyi müdafiə sənayesi məhsullarının məbləği 36% artaraq, 449 milyon dollara çatıb.

Türkiyə eyni zamanda Yaxın Şərq, Asiya, Afrika, Cənubi Amerika ölkələrinə 919 milyon dollarlıq hərbi təyinatlı məhsullar satıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər