Türkiyəyə 8 milyondan çox turist gəlib

Türkiyəyə 8 milyondan çox turist gəlib 

Bu ilin ilk dörd ayında Türkiyəyə 8 milyon 735 min 268 turist gəlib.

 Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 faiz çoxdu.

Bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumatda turizm sahəsində ən çox artımın 24,1 faizlə aprel ayında qeydə alındığı bildirilir. Apreldə ölkəyə 3 milyon 293 min 176 xarici vətəndaş gəlib.

Türkiyəni ən çox ziyarət edənlər sırasında Almaniya və Rusiya vətəndaşları ilk sırada yer alır.

Turistlərin əksəriyyəti İstanbul, Antalya və Edirnə şəhərlərindən ölkəyə giriş edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi