Türkmənistanda varis planı işə düşdü - Berdiməhəmmədov oğlunu yüksək posta gətirdi

Türkmənistanda varis planı işə düşdü - Berdiməhəmmədov oğlunu yüksək posta gətirdi 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 39 yaşlı oğlu Sərdar Berdiməhəmmədovu baş nazirin müavini və Ali Nəzarət Palatasının sədri təyin edib. O, həmçinin ölkənin Dövlət Təhlükəsizlik Şurasının tərkibinə salınıb.

"Azadlıq" radiosunun məlumatında bildirilir ki, dövlət başçısı baş nazir müavinlərinin sayını artırıb.

Prezident fərmanında deyilir ki, məqsəd hökumətin və təhlükəsizlik şurasının işini təkmilləşdirmək, dövlət əmlakına nəzarəti gücləndirməkdir.

Prezident qeyd edir ki, baş nazirin yeni müavini rəqəmsallaşma, dövlət, səhiyyə, təhsil, maliyyə və iqtisadiyyat sistemlərində innovasiya texnologiyalarının gerçəkləşdirilməsinə məsul olacaq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi