Ucar Pambıq təmizləmə zavodu işini dayandırır-

Ucar Pambıq təmizləmə zavodu işini dayandırır- Zavodun 200 nəfər işçisi ölkə Prezidenti və Birinci vitse-prezidentdən kömək istəyir

Zavodun 200 nəfər işçisi ölkə Prezidenti və Birinci vitse-prezidentdən kömək istəyir. Faktinfo.az-a da göndərilən müraciətdə deyilir:

Hörmətli Cənab prezident! 

Gecə saatlarında 200 nəfər işçinin hər birinə  "MKT-Ucar" filialından zavodun 01 mart 2019-cu il tarixindən  bağlanacağı  barədə verilən xəbəri bizi həyacanlandırdı,elə bil hüzürümüz düşdü.Hazırda "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik.

"MKT-Ucar" filialı  (Ucar Pambıq təmizləmə zavodu) 1922-ci il tarixdə inşa edilib 1926-cı ildə istifadəyə verilib.Bu pambıq təmizləmə zavodu sovetlər dönəmində ən məhşur böyük bir müəssisə olub. 2016-cı il tarixdə "MKT-Ucar" filialı olub. Burada 200 nəfər işləyir ki, hər bir işçinin evində 5-6 nəfər ailə üzvü var.Təsəvvür edin ki,zavod bağlanacağı təqdirdə kollektiv hansı vəziyyətə düşəcək.

25 yanvar 2019-cu il tarixdə hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov tərəfindən xəbərdarlıq məktubu təqdim olundu.Məktubda qeyd edilib ki, "Nəzərinizə çatdırmaq istəyirik ki, 07.01.2019-cu il tarixdə sizinlə "MKT İK" MMC ilə qarşılıqlı razılaşma əsasında 31.01.2019-cu il tarixə kimi əmək müqaviləsi müddəti uzadılmışdı. Qanunvericiliyə əsasən, sizinlə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.01.2019-cu il tarixdə xitam veriləcək.Bununla əlaqədar olaraq hesablanmış son  haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcəkdir.Xahiş edirik ki, əmək kitabçanızı təhvil almaq üçün həmin tarixdə Filialın Kadrlar Şöbəsinə yaxınlaşasınız."


Biz bu xəbərdarlıq məktubunu qara xəbər kimi qəbul edib etirazımızı bildirdik ki, bəs bizim ailəmiz necə dolanacaq nə edəcəyik.Rəhbərlik bizə bir neçə gün sonra dedi ki, yuxarıdan göstəriş verildi ki, zavod fəaliyyətini dayandırmayacaq işləyəcək. Bir neçə gün sonra nə baş verdisə yenidən deyildi ki, yenə yuxarıdan göstəriş verildi ki, zavod 01 mart 2019-cu il tarixdən fəaliyyətini dayandıracaq.İndi biz çıxılmaz bir vəziyyətlə üzləşmişik.Ümüdümüz bir Allaha, prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevayadır.

Hörmətli cənab prezident!

Pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda fəaliyyəti əhəmiyyət kəsb edən böyük bir zavodun bağlanması və 200 nəfər zəhmətkeş işçinin  çörəksiz qoyulması başa düşülən deyil. 

İnanırıq ki, siz bu müraciətimizi araşdırb tədbir görəcəksiniz.


İmza: "MKT- Ucar" filialının əməkdaşları.


Abdulhəmidov Ramiz Xəlil oğlu  əlaqə telefonu; ((050) 506-08-84

Xəlilov İkram Abduləli oğlu (051) 844-83-97

Həsənov İlqar Ziyad oğlu (050) 493-86-28

Həsənov Elçin Rüstəm oğlu (055) 468-44-24

Mehdiyev Nadir Camaləddin oğlu (050) 721-39-41

Ağalarov Ağadadş Andrey oğlu (050) 551-59-02

Xeyxatı İsmayıl İbrahim oğlu 

Baxışıov Famil Baxış oğlu 

Yolçuyeva Sevda İsa qızı (051) 616-71-86

Məmmədova Ədilə Qasım qızı

Əliyeva Rəna Fazil qızı (050) 473-79-67

Abdullayeva Hicayət Ağasəf qızı (055) 657-76-30

Ağalarov Andrey Ağalar oğlu (050) 678-85-77

Həsənov Cəfər İlqar oğlu   

Hacıyev Möhlüd Muxtar oğlu

Ağalarov Ağalar Andrey oğlu   və digərləri

Ucar Pambıq təmizləmə zavodu işini dayandırır-Ucar Pambıq təmizləmə zavodu işini dayandırır-Ucar Pambıq təmizləmə zavodu işini dayandırır-Ucar Pambıq təmizləmə zavodu işini dayandırır-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi