Ukrayna İranın Rusiyaya hərbi dəstəyini sübut etdi

Ukrayna İranın Rusiyaya hərbi dəstəyini sübut etdi 

Ukraynalı ekspertlər Ukrayna ərazisinə hücumda Rusiyanın İran PUA-larından istifadə etdiyinə dair sübutları iranlı həmkarlarına təqdim ediblər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.

“Tehranın nə deməsinin əhəmiyyəti yoxdur. Ukrayna tərəfi məsələyə aydınlıq gətirib. İranın Rusiyanı silahla təmin etmək məsələsini gizlətməsinə artıq təəccüblənmirik. Ukraynaya qarşı müharibəni dəstəkləməyin İran üçün nəticələri onun Rusiya ilə əməkdaşlığının mümkün faydalarından qat-qat böyükdür”.

Qeyd edək ki, Tehran hələ də Rusiyaya hərbi PUA-lar göndərdiyini inkar edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi