Ukrayna kəşfiyyatından heyrətamiz əməliyyat - Rusiyalı hərbi pilot helikopterlə birgə təslim olub

Ukrayna kəşfiyyatından heyrətamiz əməliyyat - Rusiyalı hərbi pilot helikopterlə birgə təslim olub 

Ukrayna hərbi kəşfiyyatı olduqca uğurlu əməliyyat keçirməyə nail olub.

 Ukrayna mətbuatı xəbər verir ki, Rusiya ordusuna aid “Mi-8” hərbi helikopteri pilotla birgə Ukraynanın ixtiyarına keçib.

Məlumatda deyilir ki, 6 aya yaxın müddətdə davam edən əməliyyat nəticəsində rusiyalı pilotun Ukrayna tərəfinə keçməsinə nail olunub. Sövdələşməyə gedən pilot əvvəlcə ailəsini Rusiyadan çıxarıb. Onun ailə üzvlərinin artıq Ukraynada olduğu bildirilir. Pilot özü isə iki ekipaj üzvünü aldadaraq, helikopteri Ukrayna ərazisinə keçirib və Xarkov vilayətində eniş edib. Bundan sonra ekipajın digər iki üzvü məhv edilib, pilot isə təslim olub. Helikopter qənimət kimi Ukrayna ordusuna verilib.

Xəbərdə qeyd olunur ki, sözügedən helikopter Rusiya aviabazasına Su-27 və Su-30SM qırıcıları üçün ehtiyat hissələri aparırmış. Həmin hissələr də Ukrayna ordusuna təhvil verilib.

Bildirilir ki, bundan öncə, iyun ayında digər rusiyalı hərbi pilotun təyyarə ilə birgə Ukrayna tərəfinə keçməsini nəzərdə tutan xüsusi əməliyyat uğursuz alınmışdı.

Qeyd edək ki, bu əməliyyatı həyata keçirən Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi general Kirill Budanovdur. /AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi