
"Ukrayna müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni özü istehsal edir" - Palisa
Ukrayna müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni özü istehsal edir.
Bunu Report.az-a müsahibəsində Ukraynanın Prezident ofisinin müşaviri Pavel Palisa deyib.
O qeyd edib ki, Ukrayna bu həcmləri artırmağa hazırdır:
“Əminəm ki, yaxın zamanda Ukrayna dünyanı bir neçə dəfə təəccübləndirəcək. Əlbəttə, biz hava məkanının müdafiəsi, müxtəlif mənzilli və müxtəlif hədəflərə qarşı spesifik işləyən komplekslər üzərində işləyirik. Bütün bunlar ərazimizi, hava məkanımızı ballistik raketlərdən, müxtəlif növ qanadlı raketlərdən, həmçinin "Shahed" tipli dronlardan qorumaq üçün edilir”.
P.Palisanın sözlərinə görə, artıq tamamlanma mərhələsində olan bir çox texnoloji həllər var və yaxın zamanda onları işdə görmək mümkün olacaq.
“Döyüş şəraitində uğurla sınaqdan keçmiş və düşmənin hiyləgər planları şəraitində real tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən həllər də var. Biz öz zenit-raket komplekslərimizin hazırlanmasına böyük səylər göstəririk, ballistik, aeroballistik, hipersəsli raketləri vurmaq üçün səmərəli həll üzərində işləyirik, həmçinin "Shahed"ləri məhv etmək üçün səmərəli və ucuz üsul üzərində çalışırıq”.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Bu xəbər üçün şərh yazın