Ukrayna ordusu Donetskdə iki kəndi işğaldan azad etdi

Ukrayna ordusu Donetskdə iki kəndi işğaldan azad etdi 

Ukrayna ordusu Donetsk bölgəsində irəliləyib.Bu barədə ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Ukrayna bölmələri Ternovenin şimal-şərqində və şərqində ərazi zolağı boyunca irəliləyib. Mütəxəssislərin fikrincə, bu, Novogeorgiyevka və Berezovo kəndlərinin azad edilməsi ehtimalını göstərir.

Bundan əlavə, Ukrayna qoşunları cənubda yerləşən Novoqriqorovka kəndinin bir hissəsindən rus bölmələrini sıxışdıra bilib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi