Ukrayna ordusunda ciddi itki: fərarilik artır –

Ukrayna ordusunda ciddi itki: fərarilik artır – Kəşfiyyat

Qərb kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları döyüş sursatı ehtiyatlarına görə Ukrayna qüvvələrini 40 dəfə üstələyir.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti kəşfiyyat hesabatına əsasən yazıb.

“Kəşfiyyatın məlumatına əsasən, Ukrayna ordusu ciddi itkilərə məruz qalır. Ruslar onları artilleriyada 20, sursatda isə 40 dəfə üstələyir. Yeni məlumatlar cəbhə xəttindəki amansız münaqişənin acınacaqlı mənzərəsini yaradır. Ukraynanın şərqindəki amansız döyüşlər ukraynalı hərbçilərin demoralizasiyasını sürətləndirir, fərarilik hər həftə artır”, - məlumatda qeyd olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi