Ukrayna Rusiyada neft bazasına və barıt zavoduna hücum etdi –

Ukrayna Rusiyada neft bazasına və barıt zavoduna hücum etdi – Video

Bu gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dronlardan istifadə etməklə yeni xüsusi əməliyyat keçirib.

Yeniavaz.com "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu dəfə pilotsuz təyyarələr Rusiyada Tambov vilayətinin Kotovsk barıt zavoduna və Bryansk vilayətinin Klintsı neft bazasına hücum edib.

Medianın yazdığına görə, Tambov vilayətində hücumun nəticələri hələ də aydınlaşdırılır. Bryansk vilayətinə gəlincə, hərbi obyektə ciddi ziyan dəyməsi artıq məlumdur. Rusiya mətbuatının məlumatına görə, neft bazasındakı yanğının sahəsi min kvadratmetrə çatıb.

Neft bazasına hücumu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da təsdiqləyib. Qubernator bildirib ki, Ukraynaya məxsus pilotsuz uçan aparatın mərmisi neft bazasına aparat vurularkən düşüb. Nəticədə bazadakı yanacaq çənləri yanıb.

Eyni zamanda, Rusiyanın “Telegram” kanalları pilotsuz təyyarənin Tambovdakı barıt zavodunun sexinin yaxınlığındakı sahəyə düşdüyünü də yazıb. Xəsarət alanlar və dağıntılar olmasa da, təhlükəsizlik üçün zavodun heyəti təxliyə edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi