"Ukraynada müharibə şiddətlənəcək, yeni Soyuq müharibə ərəfəsindəyik" -

"Ukraynada müharibə şiddətlənəcək, yeni Soyuq müharibə ərəfəsindəyik" - Türkiyə PA

“Biz Rusiya əleyhinə sanksiyalara qoşulmuruq”.

Report.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Ukraynanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində sülhün tərəfdarıdır: “Bu savaş əslində həm də Rusiya ilə Qərb arasında gedir. Odur ki, Rusiya ilə Qərb arasında razılığa ehtiyac var. Əks halda atəşkəs həlli yolu olmayacaq. Deyə bilərəm ki, dünya yeni bir Soyuq müharibə ərəfəsindədir”.

İ. Kalın söyləyib ki, Ukraynada müharibənin genişlənməsi nüvə savaşı ehtimalını da artırır.

“Biz səylərimizi davam etdirik. Amma, məncə, qarşıdakı aylarda müharibə daha da şiddətlənəcək. Bəlkə də, ondan sonra tərəflər danışıqlara başlaya bilərlər”, - Ərdoğanın sözçüsü vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi