Ukraynada yeni səfərbərlik dalğası - 500 min insanın səfərbər edilməsi nəzərdən keçirilir

Ukraynada yeni səfərbərlik dalğası - 500 min insanın səfərbər edilməsi nəzərdən keçirilir 

Ukrayna Prezidenti Vololdimir Zelenski 450 mindən 500 minə qədər insanın orduya cəlb edilməsi ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb.

Ukrayna lideri dünənki mətbuat konfransında verdiyi açıqlamada bunun çox həssas bir məsələ olduğunu, təklifin parlamentə göndərilib-göndərilməyəcəyinə qərar verməzdən əvvəl bunu qiymətləndirəcəyini bildirib.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin fevralından Rusiya qoşunlarına qarşı döyüşür. Həm Ukrayna, həm də Rusiya müharibə itkilərini dövlət sirri hesab edirlər. Lakin ABŞ rəsmiləri yüz minlərlə insanın öldüyünü və yaralandığını təxmin edir.

Hazırda cəbhədə nəqədər hərbçinin olduğu məlum olmasa da, Ukrayna keçmişdə 1 milyona yaxın insanın müharibəyə cəlb olunduğunu bəyan edib.

Ötən gün isə Rusiya əsgərlərinin sayını 1,5 milyona çatdırmağı planlaşdırdığını açıqlayıb./AzPolitika.info 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi