Ukraynadan etiraf: Türkiyənin sayəsində bunu həll etdik

Ukraynadan etiraf: Türkiyənin sayəsində bunu həll etdik 

Ukrayna NATO üzvü olacaq, lakin zamana ehtiyac var.

Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“NATO üzvü olana kimi üzümüzü digər ölkələrə çevirməliyik. Dünyada bəzi önəmli ölkələr müxtəlif səbəblərdən bizə silah satmaqdan imtina etdi. Bu, acı həqiqətdir. Lakin Türkiyə, ABŞ və Böyük Britaniya kimi ölkələrlə razılaşaraq hərbi-texniki sahədəki problemlərimizi həll etdik. Heç kim buna inanmırdı. Bu formada Ukraynanı NATO-nun geniş imkanlar proqramı ilə əlaqələndirdik”, - deyə Kuleba bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi