Ukraynadan son 9 ildə 10 minə yaxın Azərbaycan vətəndaşı deport olunub

Ukraynadan son 9 ildə 10 minə yaxın Azərbaycan vətəndaşı deport olunub 

Ukraynada Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyətə başladığı 2012-ci ildən indiyə qədər deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

DMX-dən Report.az-ın  Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2012-ci il avqustun 1-dən 2021-ci il avqustun 1-ə qədər ümumilikdə 9 620 Azərbaycan vətəndaşı Ukraynadan ölkəsinə qaytarılıb.

Bunlardan 9 193 nəfər məcburi geri qaytarılanlar, 403 nəfər məcburi ölkədən çıxarılanlar, 24 nəfər isə Vətəninə könüllü qayıdanlardır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər