"Ukraynanın qalib gəlməsi üçün hələ də çox gec deyil"

"Ukraynanın qalib gəlməsi üçün hələ də çox gec deyil" - Stoltenberq

"Ukraynanın Rusiyaya qalib gəlməsi üçün hələ də çox gec deyil".

AzPolitika.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya Hərbi Hava Qüvvələrinin Lage şəhəri yaxınlığındakı aviabazada yerləşən 73-cü “Ştaynhoff” aviasiya eskadrilyasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

O, bu fikrini Ukraynaya göndərilcək hərbi yardımların böyük hissəsinin hələ yolda olmasıyla əsaslandırıb.

"ABŞ Konqresi Ukraynaya milyardlarla dollarlıq dəstək verəcək qanun layihəsini təsdiqlədi. Böyük Britaniya, Almaniya və Hollandiya da daxil olmaqla, digər ölkələr də yeni vədlər veriblər. İndi bu öhdəlikləri real silah və sursat tədarükünə çevirmək və bunu tez bir zamanda yerinə yetirmək bizim məsuliyyətimizdədir. Hələ daha çox dəstək yoldadır",-deyə Stoltenberq bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər