Valentina Matviyenko:

Valentina Matviyenko: "Əsl unikal təhsil, elm və mədəniyyət mərkəzi Bakı Slavyan Universitetidir"

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Azərbaycana rus dilinə diqqətli münasibətinə görə təşəkkür edirik.

Bunu  X  Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışı zamanı Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

“Rusiya-Azərbaycan əməkdaşlığında xüsusi rolu humanitar əlaqələr oynayır. Əsl unikal təhsil, elm və mədəniyyət mərkəzi Bakı Slavyan Universitetidir. Onun divarlarında rus dilinin tədqiqatı, ənənələrin və mənəvi dəyərlərin saxlanılması üçün böyük işlər aparılır,slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir” - deyə o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi