Vəkil Bürosunun müdiri idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb

Vəkil Bürosunun müdiri idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb 

Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.

APA.az-ın əldə etdiyi məlumata görə, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi "Volkwsagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 30-35 yaşlarında olan qadını vurub. Piyada hadisə yerində ölüb.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

***

Saat 10:00

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA.az-ın yerli bürosunun məlumatına görə, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən "Volkwsagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi